Misirdə referendum baş tutub

Rəsmi nəticələr bu axşam məlum olacaq

Misirdə ölkə konstitusiyasına düzəlişlərin edilməsi ilə bağlı ötən gün keçirilən ümummilli referendum baş tutmuş hesab edilir.

 "ANS PRESS"in yerli kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə səsvermədə iştirak edən seçicilərin 79 faizi kostitusiyaya dəyişikləri dəstəkləyib. Referendumun ilkin rəsmi nəticələri isə bu axşam açıqlanacaq. Hal-hazırda yerlərdə ciddi nəzarət altında səslərin hesablanması prosesi gedir.

Referenduma nəzarət edən Ali Məhkəmə Komissiyasının məlumatına əsasən bəzi məntəqələrdə səsvermə vaxtında başa çatsa da, bir sıra məntəqələrdə seçici fəallığının olduqca yüksək olması ilə əlaqədar səsvermə 1-2 saat uzadılıb. Referendumda səsvermə hüququna malik 45 milyon vətəndaşın azı 60 faizi iştirak edib. Bəzi müşahidəçilərin məlumatına görə bu rəqəm 80 faizdir. Referendumda iştirak edən vətəndaşların həddindən çox olması səbəbindən bir sıra məntəqələr bülleten çatışmazlığı ilə üzləşib.Bununla əlaqədar əlavə 1.5 milyon səsvermə vərəqəsi nəşr edilib.

Səsvermə ümumilikdə sakit keçsə də, xoşəgəlməz hallar da qeydə alınıb. Belə ki, bir qrup qəzəbli seçici Qahirənin Mokkatam rayonundakı seçki məntəqəsinə gələn MAQATE-nin sabiq başçısı Məhəmməd əl-Baradeyini daş-qalaq edib. Kütlə həmçinin Əl Baradeyinin ünvanına təhqiramiz ifadələr işlətməkdən də çəkinməyib. Nəticədə sabiq MAQATE sədri səs vermədən ərazini tərk edib.

В этом разделе