Misir hökuməti Qəzza müsəlmanlarına növbəti dəfə zərbə vurdu
Avropa ölkələrindən Qəzza bölgəsinə humanitar yardımların göndərilməsi davam edir
Ancaq Misir hökuməti Rəfəh keçid məntəqəsinin açılmasına icazə vermədiyi üçün göndərilən yardımların Port Səid limanında saxlanıldığı bildirilib. Belə ki, Fransa, Belçika, Almaniya və İngiltərədən gələn ona yaxın xeyriyyəçi bir neçə gün əvvəl Qəzzalı uşaqlar üçün keçiriləcək Beynəlxalq Həmrəylik Kampaniyasında iştirak etmək üçün Port Səidə gəlib. Kampaniyanın təşkilatçıları isə dünən Misirin hökumət nümayəndələri ilə göndərilən humanitar yardımların Rəfəh keçid məntəqəsi ilə Qəzzaya daşınması haqda danışıqlar apardıqlarını bildiriblər. Ərəb –Almaniya Cəmiyyətinin təmsilçisi Camal Borno kampaniyada iştirak etmək üçün Avropa ölkələrindən gələn xeyriyyəçilərin Misir hökumətinin verdiyi qərardan təəccübləndiklərini deyib. Belə ki, Misir hökuməti yardımların Rəfəh keçid məntəqəsindən deyil, Ərş limanı vasitəsi ilə daşınmasına icazə verib. Habelə C.Borno belə olacağı təqdirdə yardımların daşınmasında maddi çəhətdən çətinliklərin olacağını və bunun həftələrlə davam edəcəyini bildirib.
Qeyd edək ki, göndərilmiş yardımlar arasında elektron əlil arabaları, əlil şagird və tələbələri məktəbə aparıb-gətirmək üçün istifadə ediləcək kiçik avtobuslar var.
Livanın paytaxtı Beyrutda küçələrinə çıxan nümayişçilərdən bir qrupunun polis səddini aşaraq parlament binasına soxulmağa çalışmasından sonra hüquq-mühafizə...
Suriyalı müxalif komandir Reuters xəbər agentliyinə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) döyüşçülərinin İŞİD-in əlindəki Dabiqə hücuma başladığını...
Hərbi mənbənin verdiyi məlumata görə, Suriya ordu birlikləri Dəməşq ətrafındakı yaşayış məntəqələrində terrorçu qruplara qarşı uğurlu döyüşlər apararaq...
313news-un nazirliyin saytına istinadən verdiyi xəbərdə deyilir: “Yaxın günlərdə - Qərb KİV-ində məlumat “sızmalarından” sonra ABŞ Dövlət Departamenti...
313news.net eastnews.org-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Yəmən ordusu Səudiyyə Ərəbistanın Əsir vilayətində yerləşən hərbi bazasında...
313news-un islamazeri.az-a istinadən verdiyi xəbərə görə, Hələb şəhər könüllüləri bildiriblər ki, şərqi Hələbdə hava zərbələri nəticəsində qadın və uşaqların...