Mişel Süleyman: "Sionist İsrail rejimi acizdir"

 
Livan prezidenti Mişel Süleyman: "2006-cı il İyul müharibəsində məğlubiyyətə uğrayan sionist İsrail rejiminin indi yalnız Livanı təhdid etməyə gücü çatır"

FaktXəbərin dünya mediasına istinadən verdiyi məlumata görə, Livan prezidenti Mişel Süleyman, sionist İsrail rejiminin Livana hücum etməsi ilə bağlı fikirlərə öz münasibətini bildirib. 2006-cı il İyul döyüşündə məğlubiyyətə uğrayan sionist İsrail rejiminin indi yalnız Livanı təhdid etməyə gücünün çatdığını, Livana qarşı yeni bir hücum təşkil etməkdən qətiliklə çəkindiyini söyləyib. Livanın "əl-Mənar" televiziyasının xəbərinə görə Livan prezidenti Mişüel Süleyman "Livan, müqavimət, ordu və xalqın gücünə söykənərək 2006-cı il iyul müharibəsində İsrailə qarşı qələbə qazandı, İsrailə sərt bir dərs verdi. İsrail, bu döyüşdən sonra Livanı təhdidlə qorxuzmaq istəyir. Çünki hər bir düşmənin hücumuna qarşı bir olan xalqımız, Livanı müdafiə etməyə hazırdır" deyib.

Qeyd edək ki, Mişel Süleyman ayrıca, qəsbkar rejim İsrailin 1701 saylı qərarı pozmağa davam etdiyini qeyd edib. Süleyman "İsrail 12 İyul 2006-cı ildə döyüşün bitdiyi gündən bəri, 1701 saylı qərarı pozmaqdadır" şəklində danışıb. Nəzərinizə çatdıraq ki, Livan hökuməti ölkəsinin tez-tez hava sahəsini pozan sionist İsrail rejimindən BMT-ə şikayət ərizəsi göndərib.  

www.FaktXeber.com
 


В этом разделе