Fələstin dövlət başçısı Mahmud Abbasa ''Konya şəhərinin fəxri vətəndaşı" adının verilməsi mərasimində xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, o deyib: "Mən Qüdsə hər getdiyimdə Konyanın havasını uduram. Konyada parkların birinə Əbu Mahzen ya da Mahmud Abbas adı veriləcək"
M.Abbas isə deyib: ''Hörmətli Davudoğlu Konya və Qüdsdən bəhs etdi. Bəli, iki şəhər bir-birinə çox bənzəyir və mənə görə qardaş şəhərlərdir. Bu gündən etibarən iki şəhərin qardaş şəhər elan edilməsini istəyirəm. Bilirik ki, həccə gedənlər əvvəl Məkkəyə gedirlər Kəbəni ziyarət edirlər daha sonra Mədinəyə keçirlər. Amma üçüncü dayanacaq olaraq Qüdsü ziyarət etmələri lazımdır. Belə olmalıdır. Biz onsuz da bu adı Qüds-ü Şərif adını sizlərdən, osmanlılardan aldıq. Bu addan də qürur duyuruq. İnşallah Qüds azadlığına qovuşar, bütün hacılarımızın Məkkə və Mədinədən sonra üçüncü dayanacaqları Qüds olar''.
O, Qüdsün azad edilməsindən sonra prospektlərdən birinə "Konya'' adını verəcəklərini, Ramallahda isə küçələrin birinin ''Konya" olduğunu deyib.