Mahmud Abbas Qəzzanı satıb?

Minlərlə fələstinli M.Abbasın BMT-də Qəzza müharibəsi ilə bağlı R.Qoldstonun hazırladığı hesabatın təxirə salınması ilə bağlı qərarından sarsılıb. Minlərlə fələstinli M.Abbasın BMT-də Qəzza müharibəsi ilə bağlı R.Qoldstonun hazırladığı hesabatın təxirə salınması ilə bağlı qərarından sarsılıb.

Muxtariyyət liderinin qərarından dərhal sonra Fələstinin İqtisadiyyat naziri istefa etdiyini açıqlayıb. M.Abbasın qərarı Qəzzada öldürülən minlərlə şəhidin qanına hörmətsizlik və xəyanət kimi qəbul edilib. Fələstin prezidentinin hesabatın BMT-nin gündəliyinə salınmaması üçün səfərbərlik elan etmişcəsinə kimi çalışan İsrailin istəyinə boyun əyməsi qızğın müzakirələrə səbəb olub. HƏMAS nümayəndələri M.Abbası xəyanətkar adlandırıblar. İordan çayının qərb sahilində vəziyyətin gərgin olduğu xəbər verilir.

Məlumat üçün bildirək ki, R.Qoldstonun hazırladığı hesabatda Qəzza müharibəsi zamanı qeyri-bərabər güc tətbiq edən İsrail kəskin tənqid olunurdu.

/timeturk/

/AzeriMuslims/

В этом разделе