Mahmud Abbas Fələstində təcili iclas çağırıb

Mahmud Abbas müstəqil Fələstin dövlətinin yaradılması üçün siyasi yollarla sona qədər mübarizə aparmağa çağırıb

Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas, ABŞ prezidenti Barak Obamanın müsəlman dünyasına müraciəti zamanı müstəqil Fələstin dövlətinin yaranması barədə çağırışını müzakirə etmək üçün təcili iclas çağırıb, - "Deyerler" “MigNyus”a istinadən xəbər verir.

İclasa Fələstinin Qəzza bölgəsindən milli birlik hökumətinə daxil olan nümayəndələrin də qatılacağı istisna edilmir. Eyni zamanda Abbas Obamanın bu nitqini bir sıra müttəfiq müsəlman ölkələrinin rəhbərləri ilə də müzakirə edəcək.

Fələstinin FƏTH təşkilatında rəhbər mövqe tutan Saib Erakat bildirib ki, Mahmud Abbas müstəqil Fələstin dövlətinin yaradılması üçün siyasi yollarla sona qədər mübarizə aparmağa çağırıb.

В этом разделе