Liberman istefa verdi

Fırıldaqçılıqda ittiham olunan İsrailin xarici işlər naziri istefa verib

İsrail xarici işlər naziri və baş nazirin köməkçisi Aviqdor Liberman etibardan sui-istifadə ittihamı ilə haqqında açılan davadan sonra istefa verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Liberman parlamentə müraciətində “Toxunulmazlığımı götürün. Adımı bu ləkədən təmizləmək istəyirəm” deyib və istefa verib.

Aviqdor Liberman 2001-2008 ci- illərdə nazirlər kabinetinin üzvü olduğu müddətdə biznesmenlərdən milyonlarla dollar rüşvət almaqda təqsirləndirilir. İsrail məhkəməsinin dava ilə bağlı qərarını gələn ilin yanvar ayında verəcəyi gözlənilir.

В этом разделе