“Lazım gələrsə, bütün Avropanı xəritədən silə bilərik”

İsrailin hərb tarixi üzrə professor Martin Van Karfeld belə deyib.

“Əgər İsrail dövləti məhv olmaq təhlükəsi ilə üzləşərsə, Avropa qitəsini yox etmək məcburiyyətində qalacağıq. Bunun üçün əlimizdəki nüvə silahlarından belə istifadə etməkdən çəkinməyəcəyik”,- deyə professor bildirib.

İsrailin “Kanal-7” kanalına müsahibə verən Karfeld deyib ki: “İsrail dövləti istənilən təhlükə ilə üzləşsə, Avropaya müxalif qitə gözü ilə baxacağıq. Sərəncamımızda Avropadakı bütün hədəfləri məhv edəcək yüzlərlə nüvə başlığı və onların daşıyacaq raketlər vardır. Belə olacağı təqdirdə Avropanın bütün paytaxtları bizim hərbi hava qüvvələrimizin hədəfinə çevriləcək. Bütün dünyanı məhv etmək iqtidarında olan bir silaha sahibik. Əgər İsrail təhlükəyə düşərsə, bütün dünyanı yox edərik”.

Fələstin məsələsinə də münasibət bildirən Karfeld bütün fələstinlilərin tez bir zamanda bölgədən çıxarılmasının vacibliyinə toxunub. İsrailin bu planı yerinə yetirmək üçün bütün fürsətlərdən istifadə etməsini tövsiyə edən professor bildirib ki: “1948-ci ildə Dir Yasin bölgəsində 120 nəfəri öldürdük. Qalanları isə qaçmağa məcbur oldular. Bütün fürsətləri layiqincə dəyərləndirməliyik. Sonda qeyd etmək istəyirəm ki, İsrail hökuməti başqasının nə fikirləşdiyinə əhəmiyyət vermir. Başqa dövlətlərin qınağı bizi maraqlandırmır. Hətta bu yerdə keçmiş nazir Moşe Dayanın sözünü xatırlamaq yerinə düşər: “İsrail başqalarına qarşı quduz it kimi rəftar etməlidir. Digərləri tərəfindən əziyyət görməkdənsə, müqabil tərəfə təzyiq göstərmək daha yaxşıdır””.

В этом разделе