2 ildir davam edən məhkəmə prosesi yekunlaşıb
Küveyt məhkəməsi iki iranlı şəxs haqqında edam hökmü verib. 313news.net-in "timeturk"ə istinadlı məlumatına görə, Küveyt ordusunda iranlılarla əməkdaşlıqda təqsirləndirilən 2 yerli vətəndaş da həbs olunub. Onlar haqqında həbs cəzası təsdiq edilsə də iranlılara edam hökmü verilib. Məhkumlar körfəzdəki ABŞ donanması haqqında, həmçinin ölkə barədə məlumatları İslam İnqilabı Keşikçilər Korpusuna ötürməkdə təqsirli biliniblər.