İsrailin sabiq prezidenti seksual manyak çıxdı

Moşe Katsav zorlama və başqa seksual təcavüz ittihamları ilə yeddi il azadlıqdan məhrum edilib

İsrail məhkəməsi ölkənin sabiq prezidenti Moşe Katsavı zorlama və başqa seksual təcavüz ittihamları ilə yeddi il azadlıqdan məhrum edib. M. Katsav dekabrda sabiq işçini zorlamaqda və başqa iki qadını seksual təzyiqlərə məruz qoymaqda günahkar bilinib- "ANS PRESS" "Voanyuz"a istinadən xəbər verir.

M. Katsav ittihamları rədd edib və sövdələşmədən boyun qaçırıb. Əvəzində o, adını təmizə çıxarmaq üçün məhkəməyə çıxmağa üstünlük vermişdi.

Qeyd edək ki, məhkəmə işi 1990-cı illərdə və sonradan prezident işlədiyi dönəmdə M, Katsav üçün işləyən üç qadının ittihamlarına əsaslanır.

В этом разделе