İsrailin nüvə proqramı MAQATE-də müzakirəyə çıxarılır

Sionist rejimin bayrağı

Müzakirələr bağlı qapılar arxasında keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Direktorlar Şurasının iclası öz işinə başlayır. "ANS Press"in məumatına görə Bağlı qapılar arxasında keçiriləcək iclasda əsas müzakirə mövzusu nüvə sahəsində beynəlxalq əməkdaşlıq, nüvə tullantılarının məhvi və İsrailin nüvə proqramı olacaq.

Eyni zamanda Suriyanın nüvə silahlarının yayılmaması ilə bağlı müqaviləyə qoşulması da müzakirəyə çıxarılacaq.

MAQATE rəhbəri Yukiya Amanonun hazırladığı hesabata əsasən, İran uranı artıq 15 faizə qədər zənginləşdirib. MAQATE-nin məlumatlarına əsasən, İran hazırda 2,8 ton az zənginləşdirilmiş uran istehsal edir. Bu isə 3 nüvə başlığının istehsalına kifayət edir.

В этом разделе