“İsrailin hədə-qorxu gəlməyə başlaması onun artıq qələbə qazanmaq iqtidarında olmadığını göstərir” – Xalid Məşəl

Rusiyada səfərdə olan HƏMAS-ın siyasi lideri Xalid Məşəl federasiyanın Xarici İşlər naziri ilə görüşüb.

“RİA-Novosti” agentliyinin məlumatına görə, Məşəlin Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşündə fələstindaxili problemlərin həlli yolları, eləcə də Yaxın Şərq regionunda cərəyan edən son hadisələr müzakirə edilib. Görüşdən sonra jurnalistlər üçün mətbuat konfransı keçirən Məşəl səfərin Rusiya hökumətinin dəvəti ilə baş tutduğunu bildirib.

“Biz böyük məmnuniyyətlə Rusiya hökumətinin dəvətini qəbul etdik. Sergey Lavrovla bir sıra mühüm məsələləri, o cümlədən, fələstindaxili problemin yoluna qoyulması və xalqımızın hüquqlarının təmin edilməsi kimi vacib mövzular barəsində fikir mübadiləsi apardıq. Mən bir daha bəyan edirəm ki, İsrail-Fələstin probleminin indiyədək həll olunmaması İsrail tərəfinin yürütdüyü işğalçı siyasət ucbatındandır. Biz sülhə nail olmaq üçün yetəri qədər güzəştə getmişik. Ancaq İsrailin əsas məqsədi fələstin xalqını məhv etməkdir. Son dövrlərdə İsrailin hədə-qorxu gəlməyə başlaması onun artıq qələbə qazanmaq iqtidarında olmadığını göstərir. Mən nə Fələstin, nə Suriya nə regiondakı digər məsələlərin yoluna qoyulması xüsusunda perskpektiv görmürəm. Bunun səbəbi olduqca sadədir: İsrail rəhbərliyi müharibələr və işğal rəhbərliyidir. Onlar sülhə meylli deyillər. Ərəb ölkələrinin liderlərini tənqid etməyimiz məsələsi ilə bağlı deyə bilərəm ki, əgər biz ərəb qardaşlarımızı tənqid ediriksə, bunu onların tutduğu mövqelərindən dolayı edirik. Çünki biz hamımız ümumi düşmənə qarşı mübarizə aparırıq. Bütün ərəblərin, ilk növbədə isə misir xalqının bizi və Fələstinin işğaldan azad olunması uğrunda apardığımız mübarizəni dəstəkləməsi bizim üçün kifayətdir”, - deyə HƏMAS lideri mətbuat konfransında qeyd edib.

/islamnews/

/AzeriMuslims/

В этом разделе