İsrailin Baş naziri “Azadlıq donanması” ilə bağlı insidentin araşdırılması üzrə ifadə verir

Benyamin Netanyahu

Bazar ertəsi "Azadlıq donanması" humanitar konvoyunun saxlanılması ilə bağlı insidentin araşdırılması üzrə keçmiş israilli hakim Yakov Türkelin patronajlığı ilə xüsusi komissiya şahidlərin ilk dindirilməsinə başlayıb

Dindirilənlər arasında İsrailin Baş naziri Benyamin Netanyahu da var. "Trend"in məlumatına görə birbaşa yayımın qadağan olunmasına baxmayaraq, Netanyahu açıq şəkildə ifadə verir və onun bəyanatı dərhal dərc olunacaq.

Baş nazirin dindirilməsinə bazar ertəsi səhər tezdən başlanılıb. Türkelin kommisiyasının üzvləri qarşısındakı nitqində Netanyahu bəyan edib ki, Qəzza sektorunun dənizdən blokadaya alınması HƏMAS hərəkatının bu əraziyə silah daşınmasının qarşısını alan tədbir kimi tətbiq edilib.

Mayın 31-də İsrail Hərbi-Dəniz Qüvvələri "Azadlıq donanması"nın İsrail hərbçiləri tərəfindən blokadaya alınmış Qəzza sektoruna humanitar yük aparan gəmilərini ələ keçiriblər. İsrail HDQ-nin hücumu nəticəsində, Türkiyənin "Mavi Mərmərə" gəmisindəki doqquz sülhməramlı həlak olub. BMT beynəlxalq komissiyası ilə yanaşı, İsrail hökuməti özü baş verənlərin araşdırılmasına başlayıb. İsraildə bəyan edirlər ki, xüsusitəyinatlılar gəminin göyərtəsində silah daşıyan və israilli əsgərlərə ilk hücum edən türk fəallarından özlərini müdafiə ediblər.

Gəminin saxlanılmasında iştirak edən israilli hərbçilər general-mayor Qiorı Aylendin rəhbərliyi altında xüsusi komissiyaya artıq ifadə veriblər.

Hakimlərin tələbi ilə komissiyaya tam dövlət komitəsi statusu verilib. Onun yüksəkrütbəli hərbi və siyasi məmurları dindirmək, onları araşdırmanın nəticələrinin onların xeyrinə olmayacağının mümkünlüyü barədə qabaqcadan xəbərdar etmək hüququna malikdir.

Sabah Türkelin komissiyası müdafiə naziri Ehud Barakın, çərşənbə günü isə Baş Qərargah rəisi Qabi Aşkenazinin ifadələrini dinləyəcək.

"Donanma" ilə baş verən insidentdən sonra, Qəzza sektorunun blokadası İsrailin beynəlxalq tənqid hədəfinə çevrilməsi üzündən xeyli zəifləyib.

İsrail Qəzzanı üç il əvvəl Fələstinin "HƏMAS" qruplaşmasının nəzarəti altına keçməsindən sonra blokadaya alıb.

В этом разделе