İsrailin 9 gülləsi dəymiş şəxslə müsahibə

Diyarbəkirdən "Azadlıq Karvanı"na qatılan Mehmet Əli Zeybek İsrailin gəmilrə hücumu zamanı 9 güllə yarası alıb.

Press 7 bu qəhrəmandan müsahibə alıb.

Bu müsahibəni sizə təqdim edirik.

Salam sizə əvvəlcədən "keçmiş olsun" deyirik.

Bizə gəmidə yaşadıqlarınızı bizə qısaca izah edə bilərsinizmi? Çünki biz ilk xəbəri tutduqdan sonra məlumatlar fərqli oldu. Həqiqətdə nələr baş verdi?

Hücum olan zaman biz namazda idik. İsrailin hücumunu ehtimal etdiyimiz üçün suda batmayan jileti geyinmişdik. Vertoyotların başımızın üstündə olmasından sonra aləm qarışdı. Bu qədər qırğın edəcəyini düşünmürdük.

İlk öncə nə oldu. Vertolyotdan atəşmi açıldı?

Xeyr. Əvvəlcə göyərtəyə səs və qaz bombaları atdılar.Heç nəyi görə bilmirdik. Bəzi dostlarımız isə, bu cür hücumu ehtimal verdiklərinə görə, əleyhqazlar istifadə etmişdilər.Onların əsas hədəfi isə əvvəl bizə psixoloji qorxu yaşatmaq idi.

Siz necə, onlarla əlbəyəxa oldunuzmu?

Biz dostlarla əvvəlcədən danışdıq ki, peyk antenalarını qoruyaq. Qorumağa gəlincə, onlar əliyalın və taxtalarla müdafiə olunurdular.

Yəni İsrailin iddia etdiyi kimi silahlı müdaxilə yox idi?

Əlbəttə. Qəti deyə bilərəm ki, yumruqlarımızla müqavimət etdik. Bəzi İsrail əsgərləri ilə döyüşdük və 5 əsgərin silahları əlimizə keçdi. Lakin o silahları dənizə atdıq. Buna kimi İsrail əsgərləri artıq atəş açmağa başlamışdılar. Hər yer qan gölünə dönmüşdü.

Yaralılara necə, müalicə etməyə imkan verirdilərmi?

Yaralıları dərhal aşağı saldıq. Orada həkimlər onlara ilkin tibbi yardımı göstərirdilər. Mənə isə bədənimin hər yerindən güllə dəydi. 9 güllə bədənimə tuş gəlmişdi. Qanımı itirərək şəhid olacağımı düşünürdüm. Bəzi dostlarımız bu cür şəhid oldular. Əlbəttə ki, qardaşlar qanları ilə müqavimət göstərdilər. Biz Tək köməkçimiz olan Allaha sığındıq.

İsrail səgərlərinin neçə yaşları var idi?

20-25 arası. Çox qorxurdular. Hətta dostlarından biri şüşə ilə səs salan zaman digər İsrail əsgərləri onu güllələmək istədilər. Yəni o qədər ürəklərində qorxu var idi ki, az qalmış öz dostlarını vuracaqdılar.

Xəstəxanada olan zaman sizə təzyiq oldumu, sizi sorğu sual etdilərmi ?

Bəli. Mən ailəmlə telefonla danışmaq istədiyimi onlardan təlb etdim, mənə icazə vermədilər. İlk gün yaralı olmağıma baxmayaraq əlimi krovata bağlamışdılar. Vəkil istədim, mənfi cavab aldım. Hətta Türkiyə səfirliyindən məni soruşmuşdular, onlar burada deyil cavabını vermişdilər. Tez-tez üzümə işıq vuraraq mənə suallar verirdilər. İmanım olmasaydı intihar edərdim.

Pensilvanyadan (Fətullah Gülənin açıqlaması nəzərdə tutulur) edilən şərhlər haqda nə deyə bilərsiniz?

Bizim üçün öndər Allahdır. Başqalarının öndəri bizə maraqlı deyil. Hər halda onların öz yaxınları bizim yerimizə olsaydılar bu açıqlamaları verməzdilər. Çox uğursuz sayıram bu açıqlamanı.


Press 7.org

 

В этом разделе