İsraildən Dubay polisinin şefinə ölüm təhdidi

Dubay polisinin rəhbəri ölümlə hədələnib.

İslam-Azeri.az internet qəzetinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Dubay polisinin şefi Daxi Xəlfan Tamimi İsrail xüsusi xidmət orqanları iki dəfə ölümlə hədələyiblər.

"Əl İttihad" qəzetinin yazdığına görə, HƏMAS liderlərindən olan Mahmud əl-Məbhuhu Dubaydakı otellərin birində qətlə yetirən MOSSAD agentlərinin axtarılıb həbs edilməsinə şəxsən Dubay polisinin rəhbəri özü başçılıq edir.

Çox sayda sübutlar əldə edən Daxi Xəlfan Tamimi aradan götürmək üçün İsrail tərəfi yeni planlar hazırladığı bildirilir.

Dubay polisinin rəhbəri artıq MOSSAD-a bağı 30 nəfəri həbs edib.

İki gün əvvəl yeni MOSSAD casusunun həbs edilməsindən sonra isə, Dubay polisinin şefi Daxi Xəlfan Tamimə hədələyici məktub, daha sonra qohumlarına təhdudedici telefon zəngi vurulub.

Dubay polisinin şefi isə əməliyyatların davam edəcəyini və bu cür şeylərin ona zərrə qədər təsir etmədiyini önə çəkib.

В этом разделе