İsraildə xəstələr də orduya çağırılacaq

Artıq 10 nəfərə işğalçı ordunun forması veriləcək və onlar xidmətə başlayacaqlar

İstər döyüş meydanlarında, istərsə də siyasi səhnədə ciddi zərbələr alan İsrail işğalçı ordusunu komplektləşdirmək üçün əqli cəhətdən qüsurluların ardından indi də autizmdən əziyyət çəkənləri sıralarına cəlb edir.

Artıq 10 nəfərə işğalçı ordunun forması veriləcək və onlar xidmətə başlayacaqlar.

Uşaqlıqdan bu ağır xəstəliyə mübtəla olanlar Petah-Tikvadakı xüsusiləşdirilmiş məktəbin məzunlarıdırlar. Onlar Tel-a-Şomerdəki hərbi bazada xidmət edəcəklər.

Xatırladaq ki, 2008-ci ildən etibarən “şizofreniya” diaqnozu qoyulan yəhudilər İsrail ordusunun sıralarına cəlb edilməyə başlayıblar. “Dünyanın ən qüdrətli və mobil ordusu” kimi qələmə verilən SAXAL-ın indi müalicəyə ehtiyacı olanların ümidinə qalması faktı İsrailin hansı çıxılmaz dalana sıxıldığını bir daha sübuta yetirir.

В этом разделе