İslam-Azerinin Fələstin İnformasiya Agentliyinə istinadlı xəbərinə
görə, Ramallahda sionist İsrail ordusunun əsgərləri Fələstinliləri
insidentə məcbur edib.
Fələstin xəstəxana mənbələri, Ramallahın
Beyt Rima və Əl-Məzraatul-Qarbiyyə kəndlərində sionist əsgərlərin
Fələstinli gənclərlə qarşıdurma yaratması nəticəsində bir nəfər ağır
vəziyyətdə olmaqla 3 Fələstinlinin yaralandığını bildiriblər.
Şahidlər, işğal ordusu əsgərlərinin Rima kəndinə hücum etməsi istəyinə Fələstinli gənclərin daşlarla müqavimət göstərməsi nəticəsində qarşıdurma yarandığını, işğal əsgərlərinin çoxlu sayda atəş açması nəticəsində biri ağır iki nəfərin yaralandığını, yaralıların Silfit xəstəxanasına aparıldığını ifadə ediblər.
Xəstəxana mənbələri əlavə olaraq, Əl-Məzraatul-Qarbiyyə kəndində də patrul keşiyi çəkən Sionist əsgərlərin atəş açması nəticəsində bir Fələstinlinin yaralandığını qeyd ediblər.
Digər tərəfdən işğal ordusuna bağlı döyüş təyyarələrinin axşam Qəzzanın şimalında olan Cəbaliyəni bombalaması nəticəsində bir Fələstinli vətəndaşın yaralandığı bildirilib.
Şahidlər yaralının xəstəxaya sövq edildiyini bildiriblər.