İsrail XİN qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsinin əleyhinə çıxıb

İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi indiki vəziyyətdə belə bir addımın Türkiyə ilə münasibətlərə çox ciddi təhlükə ola biləcəyi barədə xəbərdarlıq edib

İsrail Xarici İşlər Nazirliyi Knessetdə müzakirəyə çıxarılmış qondarma “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin əleyhinə çıxış edib. AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi bu layihəni qiymətləndirərək, indiki vəziyyətdə belə bir addımın Türkiyə ilə münasibətlərə çox ciddi təhlükə ola biləcəyi barədə xəbərdarlıq edib.

XİN rəsmisi deyib: “Hazırda Türkiyə ilə bizim münasibətlərimiz çox amanabənddir. Əndazəni aşmaq olmaz. Əks halda bu, ciddi strateji nəticələrə gətirib çıxara bilər”.

Əvvəllər İsraildə “erməni soyqırımı”nı tanımağa cəhd göstərilməyib. Bununla əlaqədar Xarici İşlər və Müdafiə Komitəsinə təqdim edilmiş layihələr rədd edilib.

В этом разделе