Türkiyə XİN İsraillə bağlı vəziyyətdən danışıb
"İsrail seçməlidir - ya problemin, ya da həllin bir parçası olmalıdır. İsrail bizdən üzr istəməyincə, öldürdüyü vətəndaşlarımızın ailələrini təmin edəcək təzminatı ödəməyincə və Qəzzanın mühasirəni ləğv etməyincə münasibətlər düzəlməyəcək. İsrail bu vəziyyətdə belə məskunlaşma siyasətini davam etdirir. Sülh siyasəti aparsa, bizdən də qarşılığını görəcək''.
SalamNews-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 8-ci Türkiyə-İtalya forumundan sonra italyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında “Türkiyə-İsrail münasibətləri hansı şərtlər altında normallaşa bilər?” sualına cavabında deyib.