İsrailin Qəzza sekrotuna təşkil etdiyi hücumda Fransa konsulu və qızı yaralanıb
İsrail hərbi hava qüvvələrinin dünən gecə Qəzza sektoruna təşkil etdiyi hücum nəticəsindəı yaralananlar arasında Fransa konsulu və qızının olduğu bildirilir. 313news.net-in məlumatına görə, Fransa XİN sözcüsü Bernard Valero bildirib ki, hücum təşkil olunan ərazidən 200 metr aralıdan olan konsul və qızına qəlpələr xəsarət yetirib. Sözcü İsrailin hərəkətlərini qınayıb və bildirib ki, mülki vətəndaşlara zərər dəyməməsi üçün ehtiyat tədbirləri görülməlidir.
Sözügedən hücum nəticəsində HƏMAS-a bağlı 1 polis həlak olub, 4-ü isə yaralanıb.