İsrail Qəzzanın yolunu yenə kəsdi

 

Bu dəfə mühasirədə qalan insanlara yardım aparan yəhudilər saxlanılıb


 

 

İsrail hərbi dəniz donanması blokadaya baxmayaraq, Qəzzaya yardım çatdırmağa cəhd edən yəhudi fəallarını daşıyan qayığı dayandırıb.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, səfərin təşkilatçıları bildirib ki, hərbi dəniz qüvvələri qayığı Qəzza sahilindən bir neçə kilometrlikdə dayandırıb və onu İsrailin cənubundakı Aşdod limanı istiqamətində hərəkat etməyə məcbur edib. Hər hanasısa zorakılıq haqda məlumat verilmir. İsrail rəsmiləri fəalları sorğu-sual etmək məqsədi ilə saxladığını bildiriblər. İsrail Müdafiə Nazirliyinin nümayəndəsi deyib ki, İsrail hərbi dəniz donanmasının terrorun qarşısını almaq əvəzinə, bu kimi təxribatlarla məşğul olması təəssüf doğurur. Britaniya bayraqlı doqquz sərnişin və ekipaj üzvlərini daşıyan İren adlı katamaran şimali Kipri bazar gün tərk edib.

 

В этом разделе