İsrail Hərbi-Hava Qüvvələri Qəzza zolağına zərbə endirib
Bu barədə qeyd olunan ərazini nəzarətdə saxlayan “HƏMAS” hərəkatının bəyanatında bildirilir- APA xəbər verir.
“İşğalçıların təyyarələri Qəzza zolağının şimalına zərbə endirib, xəsarət alan yoxdur”, deyə bəyanatda qeyd olunur. İsrailin Silahlı Qüvvələrindən bu insidentlə bağlı hələlik heç bir şərh verməyib.