İsrail Qəzza zolağına aviazərbələr endirib

1 fələstinli ölüb, 2-i yaralanıb

İsrailin hərbi hava qüvvələrinin təyyarələri Qəzza zolağına aviazərbələr endirib. 1 fələstinli ölüb, 2-i ağır yaralanıb-ANS PRESS "Accociated press"ə istinadən xəbər yayıb.

Fələstinlilər aviazərbələr zamanı Qəzza zolağının şərq hissəsinin hədəfə alındığını iddia edirlər. İsrail hərbçilərinin sözlərinə görə aviazərbələr Qəzza zolağından açılan raket atəşinə cavab olaraq keçirilib. Fələstin tərəfinin məlumatına görə ötən gün isə İsrailin hərbi-dəniz qüvvələri Qəzza zolağının şimalını hədəfə almışdı.

В этом разделе