İsrail tərəfi insident barədə açıqlama verməyib
Trend-in məlumatına görə, İsrail hərbi təyyarələrinin Qəzanın cənubunda yerləşən Xan-Yunis şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə RİA Novosti Qəza sektorunun səhiyyə nazirliyinə istinadən xəbər yayıb.
İsrail tərəfi insident barədə açıqlama verməyib.
Keçən həftə Misirin vasitəçiliyi ilə Qəza döyüşçüləri İsraillə atəşkəs elan etmişdirlər.