İsrail PKK-ya dəstək verəcək?

İsrailin ən nüfuzlu qəzetlərindən biri sensasiyalı məqalə dərc edib

İsrailin radikallığı ilə fərqlənən xarici işlər naziri Aviqdor Liberman Türkiyəyə qarşı çox sərt cavab tədbirləri planlaşdırıb.

Milli.Az xəbər portalı "Yediot Ahronoth"a istinadən bildirir ki, Türkiyənin son vaxtlar Fələstində ciddi dəstək verməsi və "Mavi Mərmərə" olayından sonra İsraili suçlamasına cavab olaraq rəsmi Təl-Əviv hərəkətə gələcək.

"İsrailin XİN başçısı Aviqdor Liberman Türkiyəyə sərt cavablar proqramı çərçivəsində ABŞ-dakı erməni lobbisi ilə yəhudi lobbisinin əməkdaşlığa başlayacaqlarını, habelə kürdlərin PKK təşkilatı ilə əlaqələr qurulacağını bildirib",  - qəzet yazıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt ittihamları, Ankaranın iki ölkə arasındakı diplomatik əlaqələri səfirlik səviyyəsindən birinci katiblik müstəvisinə endirməsi və s. kimi addımları İsrailin XİN-nin rəhbərliyinin qapalı toplantısında müzakirə olunub.

Aviqdor Liberman bildirib ki, bu ay ABŞ-a rəsmi səfəri əsnasında Birləşmiş Ştatlardakı erməni lobbisinin liderləri ilə görüşü və Konqresdə Türkiyəyə qarşı birgə fəaliyyəti istisna etməyib. Bu isə faktiki olaraq ermənilərin qondarma "soyqırım" iddialarına İsrailin dəstək verməsi deməkdir.

"Liberman onu da bildirib ki, kürdlərin PKK təşkilatının liderləri ilə Avropada toplantılar keçirməyi planlaşdırır. Həmin toplantıların məqsədi PKK ilə əməkdaşlıq və PKK-nı hər səviyyədə gücləndirməkdir. Həmin toplantılarda kürdlər İsraildən hərbi təlim və silah yardımları da istəyə bilər", - "Edioth Ahronoth" yazıb.

В этом разделе