İsrail ordusu qaçırdığı iki qadına "terror" maddəsilə ittiham irəli sürüb

İslam-Azeri.az internet qəzetinin Əl Əqsanın səsi radiosuna istinadlı xəbərinə görə İsrail ordusunun Ramalla yaxınlığında oğurladığı iki qadına qarşı "terror" maddəsilə məhkəmə qarşısına çıxarıb.

Ramallada oğurlanan Fatimə Əl Zaki və onun qardaşı qızı Rubəydə Həbib adlı iki fələstinli qadına qarşı İsrail məhkəməsi İslami Cihadın sifarişilə guya İsrail ərazilərində terror törətmək ittihamı irəli sürüb.

Fələstinli qadınlar isə öz növbəsində heç bir terror planları etmək istəmədiklərini və heç bir Fələstinli təşkilat ilə əlaqələrinin olmadığını bildiriblər.

İsrail məhkəməsi qadınların guya İsrail ərazisinə qeyri qanuni daxil olduğunu bildirir ki, həbs edilmiş qadınlar onları Ramalla yaxınlığında İsrail əsgərləri tərəfindən qaçırıldığını və təzyiqlərə məruz qoyduqlarını xatırladıblar.

İsrail ara sıra bu cür addımlar atmaqla öz cinayətlərinə don geyindirməyə çalışır.

Buna oxşar və dünya miqyasında İsrail məhkəməsini rüsvay edən hadisə iki il əvvəl baş vermişdi ki, İsrail tərəfi 10 yaşlı qıza və 11 yaşlı oğlana terror suçlaması ilə ittiham irəli sürmüşdülər.


В этом разделе