İsrail ordusu 16 yaşlı fələstinlini qətlə yetirdi

Bu barədə Fələstin mətbuatı məlumat yayıb.

İslam-Azeri.az internet qəzetinin "Əl Əqsa" TV-yə istinadən verdiyi xəbərə görə bu gün axşam saatlarında İsrail ordusu Nablusda keçirdiyi reydlər zamanı gənclərlə toqquşub.

Toqquşmalar zamanı İsrail əsgərləri fələstinli gənclərə atəş açıb.

Hadisə zamanı 16 yaşlı Məhəmməd Qadus adlı yeniyetmə həyatını dəyişib.

Verilən məlumata görə İsrail əsgərləri bir fələstinlini də yaralayıblar.

В этом разделе