![](/up/news/article/lider/thumb_obama-netanyahu.jpg)
Məşhur ingilis qəzeti İsrail-İran müharibəsinə dair yeni nüanslar dərc edib
İngiltərənin məşhur "Sunday Telegraph" qəzeti yəhudi rejimin İslam İnqilabını vurmaq üçün səbirsizləndiyini yazıb. 313news.net-in "Timeturk"ə istinadlı məlumatına görə, qəzet bildirib ki, İsrail İranın nüvə obyektlərini vurmaq üçün hazırladığı hücum planını ABŞ-a açıqlamayıb, bu isə qərbdə narahatlıq yaradıb: "İsrail ABŞ prezidenti Barak Obamaya İranın nüvə obyektlərini vurmadan əvvəl xəbərdarlıq etmək haqda təminat verməkdən imtina edib. Bu isə yəhudilərin İranı təkbaşına vuracağından və bu yay planı işə salacağından narahatlıq yaradır".
İngilis qəzeti bildirir ki, sionist hakimiyyətin bu cür davranışı, onun İrana hücum etmək üçün Amerikadan icazəyə ehtiyac duymadığını göstərir və iki həftə əvvəl İrana vurmaq iqtidarında olan ballistik raketləri sınaqdan keçirməsi, buna işarədir.