Türkiyə Prezidenti Abdulla Gül bildirib ki, Yaxın Şərqdə sülhün bərqərar olmasını ürəkdən istəməyən İsrail, müttəfiqləri üçün də yükdür
SalamNews-un "Cihan"a istinadla verdiyi xəbərə görə, A.Gül ABŞ Prezidenti Barak Obama ilə Fransa Prezidenti Nikola Sarkozi arasındakı israilli siyasətçilərlə bağlı dialoqun ortaya çıxmasına işarə edərək deyib: "Hamı İsraillə bağlı düşüncələrini qəza ilə deyil, açıq söyləməlidir. Bir tərəfdən sülh prosesini davam etdirən, digər tərəfdən işğal olunmuş torpaqlarda yeni məskunlaşmalar salan İsrail müttəfiqlərinə yükdür. İsrailə qarşı hamıda ortaya çıxmamış bir hirs var. Mikrofonlar açıq qaldıqda hər kəs bunu eşidir. Hamı İsraillə bağlı düşüncələrini qəza ilə deyil, açıq söyləməlidir".
Jurnalistlərin suallarını cavablandıran Türkiyənin dövlət başçısı bildirib ki, Yaxın Şərqdəki ölkələr artıq xalqın istədiyi insanlar tərəfindən idarə ediləcək.