İsrail müdafiə istehkamını sökməyə başlayıb

Sionist rejimin bayrağı

Lakin zərurət yaranarsa daş hasar yenidən inşa edilə bilər

Rəsmi Təl-Əviv Fələstinlə İsrail arasında birbaşa danışıqların başlanması ilə bağlı ilkin şərtlərin irəli sürüləcəyi təqdirdə Yaxın Şərq üzrə dördlük ölkələrinin bəyanatını qəbul etməyəcək. Bu haqda qərar baş nazir Benyamin Netanyahunun başçılığı ilə İsrail hökumətinin 7 əsas nazirinin müşavirəsində qəbul edilib. Belə olan halda isə birbaşa danışıqların baş tutması şübhə altındadır. Çünki Fələstin tərəfi bu danışıqlara müəyyən şərtlər daxilində gedəcəyini bəyan edir.
"ANSPRESS"in məlumatına görə İsrail hökuməti Fələstin ərazisindən silahlı hücumlardan qorunmaq üçün Beyt Çala kəndi yaxınlığında 8 il əvvəl inşa etdiyi daş hasarın sökülməsi işinə başlayıb. 600 metr uzunluğunda olan daş hasar Qüdsün cənubdakı Qilo yaşayış məntəqəsində yerləşir və bir neçə yüz metrlik beton hissələrdən ibarətdir. Fələstin rəsmilərinin sözlərinə görə, daş hasarın yığışdırılması insanların sərbəst hərəkət etmələrini asanlaşdıracaq.

Ekspertlər hesab edirlər ki, müdafiə istehkamının sökülməsi rəsmi Təl-Əvivi İordan çayının Qərb Sahilində yeni yəhudi yaşayış məntəqələri tikmək fikrindən daşındırmayacaq

В этом разделе