İsrail məktəblərində ərəb dili keçiləcək

Yaxın vaxtlarda İsrail məktəblərində ərəb dili mütləq proqrama salınacaq

"APA"nın məlumatına görə ölkə rəhbərliyi yeni təhsil sisteminə keçir. Ərəb dili yeniliklərdən biridir.

Hazırda ərəb şagirdlər mütləq qaydada ivriti öyrənirlər, yəhudi şagirdlər isə ərəb dilini fakültativ əsasda öyrənə bilərlər.

Yeni təhsil proqramı ilk olaraq ölkənin şimalındakı 170 məktəbdə tətbiq olunacaq. Ərəb dili bu məktəblərdə 5-ci sinifdən tədris olunmağa başlanacaq

В этом разделе