İsrail hücumları dayandırsa qarşılıq verməyəcəyik-HƏMAS

Qəzza sektoru İsrailin aramsız hücumlarına məruz qalır

313news.net: İsrail səhərin erkən saatlarında Fələstinin Qəzza sektoruna havadan hücum təşkil edib. İlkin məlumatlara əsasən hücum zamanı yuxuda olan 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Məlumata əsasən İsrailin hərbi hava qüvvələr şərqi Cəbbəlini hədəfə alıb- "timeturk" xəbər verir.

Qəzza hökuməti isə İsrail hücumları nəticəsində bu həftə 10 nəfərin öldürüldüyün bildirərək, hücumların dayandırılmasını tələb edib. HƏMAS nümayəndəsi İsmayıl Ridvam "İslami cihad" və digər təşkilatlarla danışıqlardan sonra, İsrail hücumlarını dayandırsa qarşılıq verməyəcəkləri barədə qərar aldıqlarını deyib.

В этом разделе