İsrail "Hizbullah"dan qorxur

 
2006-cı il İyul müharibəsinin üçüncü ilində sionist İsrail rejimi, "Hizbullah"ın silahlanmasının davam etməsindən narahatlığını bir daha gündəmə gətirib


FaktXəbərin İsrailin "Haaretz" qəzetinə istinadən verdiyi məlumata görə, sionist İsrail rejimi İran və Suriyanın Livanın "Hizbullah" təşkilatını silahlandırmağa davam etməsinin, 2006-cı il İyul mühartibəsindən sonra Təhlükəsizlik Məclisinin 1701 saylı qərarını pozmaq kimi qiymətləndirir və buna görə də mövzunu Təhlükəsizlik Məclisində müzakirəyə çıxaracağını bildirib.

Qeyd edək ki, Livan ölkəsi keçən həftə İsrailin bu ölkənin hava, quru və dəniz sərhədlərini pozduğuna görə, Təhlükəsizlik Məclisinə müraciət etmişdi. Nəzərinizə çatdıraq ki, sionist İsrail ilə Hizbullah arasında imzalanan 1701 saylı qərarda İsrailin Livanın sərhədlərini pozmaması və "Hizbullahın da bu vəziyyətdə silahlanmasının dayandırılması öz əksini tapır. Xatırladaq ki, 1701 saylı qərarı qəbul edən Hizbullah, İsrail təhdidinin davam etməsinə görə, silahlanmanı dayandırmacağını bildirib.

www.FaktXeber.com


В этом разделе