İsrail hərbiçiləri 120 HƏMAS üzvünü həbs edib

Həbs edilənlər 20 avqustda israil ərazisinə atılan raket zərbələri ilə əlaqələri olmaqda ittiham olunurlar.

İsrail ordusunun hərbiçiləri İordan çayının qərb sahillərində Həmas islam hərəkatının 120 üzvünü həbs edib. İslamazeri.az internet qəzetinin France-Presse agentilinə istinadən verdiyi məlumata görə bu barədə Fələstin adminstirasiyası məlumat yayıb.

Həbs edilənlər 20 avqustda israil ərazisinə atılan raket zərbələri ilə əlaqələri olmaqda ittiham olunurlar. Qeyd edək ki, bu zərbələr nəticəsində 1 nəfər ölmüş 7 nəfər yaralanmışdı.

Raket zərbələrini endirməzdən əvvəl Həmas tərəfi İsraillə 2009-cu ildən bu yana olan barışığın ləğv edildiyini bəyan ediblər. Bu addımı atmağın əsas səbəbi kimi İsrail hərbi hava qüvvələrinin Qəza ərazisinə endirdiyi aviazərbələrdir.

В этом разделе