Rəsmi Təl-Əviv münasibətlərinin bərpa olunacağına ümid edir
İsrail Türkiyə ilə münasibətlərinin bərpa olunacağına ümid edir. Bu barədə ölkənin rəsmi nümayəndəsi danışıb-"ANS PRESS" xəbər verir.
 
 Qeyd edək ki, ötən gün BMT Qəzzaya yardım aparan “Azadlıq donanması”nda  baş verən qanlı hadisənin təfərrüatlarını araşdırmaq üçün yaradılmış  komissiyanın yekun qərarını açıqlanıb. Sənəddə əks olunanlarla  razılaşdığını etiraf edən İsrail eyni zamanda Türkiyədən üzr  istəməyəcəyini bəyan edib.  
 
 Təl-Əviv Ankaranı beynəlxalq dəniz hüququna hörmət etməyə çağırıb. 
 
 Xatırladaq ki, ötən gün İsraildən üzrxahlıq gözləyən Türkiyə bu ölkə ilə  münasibətlərinə son nöqtə qoymaq qərarına gəlib. Türkiyə İsraildəki  səfirini geri çağıraraq, ikitərəfli münasibətləri səfirliyin ikinci  katibliyi səviyyəsinə endirdi.














