İsrail heç kimdi-Mahmud Abbas

Fələstin prezidenti İsrail əleyhinə kəskin sözlər işlədib

Fələtinin HƏMAS və FƏTH təşkilatları bu gün Qahirədə təntənəli şəkildə milli birlik höküməti naminə barışıq imzalayıb, - "Deyerler" “MigNyus”a istinadən xəbər verir.
Fələstinin FƏTH təşkilatının lideri Mahmud Abbas tədbirdə, FƏTH tarixində ilk dəfə görünməmiş sərt bəyanatlarla çıxış edib. O, ilk öncə indiyə qədər Fələstin xalqının müstəqilliyi uğrunda həyatını vermiş fələstinlilərin xatirəsini yad edib və şəhidlər haqqında danışıb.
“Biz, Fələstin xalqının azadlığı və müstəqilliyimiz uğrunda bir səs olmalı və bir bədənə çevrilməliyik. Biz, Misirə bu vasitəçiliyinə və Fələstin xalqının birləşməsində oynadığı rola görə minnətdarlığımızı bildiririk.
Xanımlar və cənablar! Biz dəfələrlə İsrail rəhbərliyi tərəfindən təhdidlərin şahidi oluruq. Biz onların daxili məsələlərinə qarışmırıq. Deməli, onların da fələstinlilərin işlərinə qarışmağa ixtiyarları yoxdur. İsrail illərdir Fələstin xalqının içərisində olan parçalanmadan istifadə edib və öz məqsədlərini həyata keçirib. İndi onlar bizim birliyimizi özümüzə qarşı istifadə etmək istəyirlər.
Bu gün biz Fələstin xalqının birləşdiyini elan etdiyimiz bir vaxtda onlar deyirlər ki, biz HƏMAS ilə İsrail arasında seçim etməliyik. Biz isə cavab veririk: HƏMAS – bizim qardaşlarımızdır, biz bir xalqıq. Bəli, bizim bəzən fərqli düşüncələrimiz olur, lakin bu hər bir xalqın tərkibində var. HƏMAS – bizim bir hissəmizdir, israillilər isə heç kimdir. Onlar bizə kimin baş naziri, kimin prezident olacağını diktə edə bilməzlər.
İndi İsrail deyir ki, onlar Fələstin administrasiyasının hesablarına pul yatırılmasına imkan verməycəklər. Fələstin xalqının birliyinə görə siz bizi aşağılamaq istəyirsiniz? Məni təhdid edirlər ki, nəzarət keçid məntəqələrindən yoxlanışsız buraxmayacaqlar, məni sorğu-sual edəcəklər. Onların buna nə ixtiyarı var? Biz heç yana getməyəcəyik. Biz heç yana getməyəcəyik və öz dövlətimizi yaradacayıq. Beynəlxalq ictimaiyyət bizim tərəfimizdədir. Bunu onların özləri də bilirlər”, - deyə Mahmud Abbas vurğulayıb.

В этом разделе