Türkiyə Dövlət Televiziyasının jurnalistlərinin çəkiliş kamerası da müsadirə olunub
İsrail aeroportunda türk jurnalistlərə qarşı inanılmaz həqarət baş verib. "Timeturk"ün məlumatına görə TRT jurnalistləri bu ölkəyə bir türk biznesmenin dəvətilə gediblərmiş. 3 günlük səfərdən sonra ölkəni tərk etmək üçün hava limanına gələn jurnalistlər saatlarla yoxlanılıblar. Bunun ardından İsrail hüquq-mühafizə orqanları jurnalistlərin kamerasını almaq istəyiblər. Amma etirazla qarşılaşıblar. Buna baxmayaraq TRT-nin kamerası müsadirə olunub. Jurnalistlər kamerasız Türkiyəyə qayıtmayacaqlarını bildirdikdə, "İstədiyiniz qədər burada qala bilərsiniz, amma kameranın nə qədər müddətə yoxlanacağı bilinmir" cavabını alıblar. Bundan sonra Ankaradakı rəhbərliklə əlaqə saxlayan jurnalistlər ölkələrinə qayıtmağa məcbur olublar. Hadisə ilə bağlı TRT İsrail səfirliyi nəzdində araşdırma başladıb.