İsrail gəmilərə yeni hücuma hazırlaşır

"Rachel Corrie" gəmisi istiqamətini dəyişmir

İsrail donanması yavaş hərəkət etdiyi üçün yardım karvanından geridə qalan "Rachel Corrie" gəmisini də dayandırmağa hazırlaşır. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, gəminin dünən İsrail donanmasının həyata keçirdiyi əməliyyata rəğmən Qəzzaya doğru yoluna davam etdiyi bildirilib.

İsrail radiosunun xəbərinə görə, hərbi mənbələr bu gəminin də zorla durdurulacağını bildirib. "Rachel Corrie" gəmisinin sabah səhər Qəzzaya yetişməsi planlaşdırılır. Gəmidən dünən verilən mesajlarda yaşananlara baxmayaraq, Qəzzaya hərəkətin davam edəcəyi bildirilmişdi.

LENT.AZ

В этом разделе