İsrail-Fələstin sülh danışıqları başlamadan pozula bilər

“İsrail hökuməti Fələstin ərazilərində tikinti işlərini davam etdirsə, heç bir danışıq aparılmayacaq”

APA-nın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fələstin Administrasiyası rəhbərinin müşaviri Saib Arikat deyib.
S.Arikat bildirib ki, ABŞ-da sentyabrın əvvəlində başlanacaq Fələstin-İsrail sülh danışıqları yenidən pozula bilər. Buna səbəb isə İsrailin Fələstin ərazilərində tikinti işlərinə başlamaq istəyi və köçürülmə prosesinə yenidən start vermək niyyətidir.
S.Arikatın İsrailin münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqları pozacaq addımlar atmayacağına ümid etdiyini də söyləyib: “Ümid edirik ki, İsrail Fələstin ərazilərinin tutulması istiqamətində aparılan tikinti işlərini dayandıracaq”.
Qeyd edək ki, İsrail-Fələstin danışıqları İsrailin 2008-ci ilin dekabrında Qəzzada apardığı hərbi əməliyyatlardan sonra dayandırılıb.

В этом разделе