İsrail-Fələstin danışıqlarına qarşıyıq-Xalid Məşəl

Xalid Məşəl

HƏMAS-ın siyasi büro rəhbəri Xalid Məşəl Fələstinin İsraillə danışıqları bərpa etməsinin əleyhinə olduqlarını bildirib

"Israhaber"in məlumatına görə HƏMAS rəhbəri bu açıqlamanı Suriyanın paytaxtı Dəməşqdə verib. O bildirib ki, ABŞ təşkilatçılığında olan danışıqlara qarşıdırlar: "Çünki bu danışıqlarda qaçqınların haqları və İsrailin 1967-ci ildən bəri işğal etdiyi torpaqlar da daxil olmaqla fələstinlilərin bir çox haqları satılacaq".

Daha sonra Xalid Məşəl İran parlamentinin spikeri Əli Laricani ilə görüşərək Fələstindəki son vəziyyət barədə müzakirələr aparıb.

В этом разделе