İsrail-Fələstin danışıqları yenə dalana dirəndi

İsraillə Fələstin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisilə bağlı əvvəlki mövqelərində qalırlar.

Milli.Az xəbər portalının «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, bu, İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas arasında ABŞ-ın dövlət katibi Hillari Klintonun iştirakı ilə Qüdsdə keçirilmiş görüşdən sonra məlum olub.

Məlumata görə, Netanyahu ölkəsinin tikinti işlərini bərpa edəcəyini bildirib. Abbas isə bununla heç cür barışa bilməyəcəklərini söyləyib.

Qeyd edək ki, Qüds görüşü sentyabrın 2-də tərəflər arasında birbaşa dialoqun bərpası haqda razılaşmanın əldə olunmasından sonra keçirilmiş 3-cü görüşdür. Gələn həftə Netanyahu ilə Abbas arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulub.

В этом разделе