İsrail əsgərləri su quyularını və elektirik generatorlarını sıradan çıxarıblar

İsrail əsgərləri bu dəfə fələstinlilərin öz torpaqlarını suvardıqları su quylarına göz dikiblər.

Belə ki, Qərbi Şəriənin əl-Xəlil şəhəri yaxınlığındakı bir fələstin kəndinə daxil olan buldozerlər beş su quyusunu və üç kiçik su ambarını dağıdıb. Elektirk generatorlarının və su nasoslarının da əsgərlər tərəfindən sıradan çıxarıldığı bildirilir.

Habelə, İdna qəsəbəsi yaxınlığında Abdullah əl-Əsud adlı kəndliyə məxsus suvarma boruları təhlükəsizlik divarına yaxın olduğu üçün sıradan çıxarılıb.

/dunyabulteni/

/AzeriMuslims/

В этом разделе