İslam-Azerinin Fələstin İnformasiya Mərkəzinə istinadlı xəbərinə görə, İsrail Qəzza sərhəddində İsrail ordusunun əsgərləri ilə Fələstinli gənclər arasında qarşıdurma yaranıb.
Fələstinli səhiyyə mənbələri, insident nəticəsində 2 fələstinlinin həyatını itirdiyini açıqlayıb. İsrail ordu rəsmisi, insidentin yarandığını və əsgərlərin iki nəfəri vurduğunu təsdiq edib. İnsidentin yaranma səbəbi isə bildirilməyib.
Fələstinli mənbələr, İsrail əsgərlərinin öldürdükləri 2 fələstinlinin cəsədini fələstinlilərə vermədiklərini vurğulayıb.
İslam-Azeri.az