İsrail əsgəri 9 yaşlı fələstinlini döydü (video)

313news.net-in ANS-ə istinadən verdiyi məlumata görə, polis təşkilatı daha sonra hadisəyə görə üzr istəyib.

İsrail hərbçisinin fələstinli azyaşlı uşağı döyməsinin kadrları yayılıb. “B`Tselem” qrupunun aktivi tərəfindən çəkilmiş kadrlarda İspail əsgərinin 9 yaşlı Əbdürrəhman Bukranı təpikləriyi görünür. Hadisə İsrailin Hevron şəhərində meydana gəlib. Şahidlərin bildirdiyinə görə, yanından keçdiyi israilli əsgər Bukranın qolundan tutaraq, “niyə problem yaradırsan?” – deyə soruşur. Bu vaxt yaxınlaşan başqa bir İsrail əsgəri isə qorxudan ağlayan 9 yaşlı uşağı təpikləyir.

“Times of İsrael” qəzetinin yaydığı məlumata görə, İsrail sərhəd polis təşkilatı hadisəyə görə üzr istəyib və faktla bağlı istintaq başladıb.

В этом разделе