İsrail dünyanı yeni "Mavi Mərməra" ilə hədələdi

Benyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu ikinci yardım karvanının Qəzzaya buraxılmayacağını bəyan edib

"deyerler" "dunya bulteni"nə istinadən xəbər verir: İkinci Qəzza yardım karvanının Türkiyədə iyun ayının 12-də keçiriləcək parlament seçkilərindən sonra yola düşəcəyi bildirilir. İsrail bütün səyləri ilə yardım karvanının qarşısını alacağını bildirməklə yanaşı, əgər karvan Fələstin ərazilərinə yaxınlaşarsa ona hücum ediləcəyi ilə hədələyib. "Jerulasem Post" qəzetinni verdiyi məlumata görə, Netenyahu ötən gün İsrail rejiminin Avropada olan səfirlərini yığaraq geniş müzakirələr keçirib. Mövzu isə Qəzzaya gələcək ikinci yardım karvanı olub.

В этом разделе