İsrail BMT-yə xəbərdarlıq edib.
Lent.az-ın “Reutres” agentliyinə istinadən verdiyi məlumata görə, İsrailin BMT-dəki səfiri Qabriel Şalev deyib ki, Qəzza sektoruna humanitar yük aparan iki gəmini öz sahillərinə buraxmayacaq.
Hazırda humanitar yüklü iki gəmi Livan istiqamətində üzür. Qabriel Şalev vurğulayıb ki, gəmilər Qəzza sektorunun dəniz sərhədlərini keçməyə cəhd göstərərsə, İsrail beynəlxalq normalar çərçivəsində cavab addımı atacaq: “Gəmidə silahlı şəxslərin və təxribatçıların olması da istisna deyil. Qəzza sektoru üçün nəzərdə tutulan humanitar yük Misirdən keçməklə quru yolla da gətirilə bilər”.