İsrail bir həftədə 40 nəfəri həbs edib

Bu barədə Fələstin İnsan Haqları mərkəzi məlumat yayıb.

İslam-Azeri.az internet qəzetinin Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, işğalçı sionist rejiminin ordusu bir həftə ərzində Qəzza və Qərbi Yakada 40 nəfəri həbs edib.

Fələstin İnsan Haqları mərkəzinin açıqlamasına görə həbs edilənlər arasında 8 uşaq, 3 jurnalist və 2 xarici vətəndaş da var.

Həmçinin işğalçı əsgərlər bir həftə ərzində 7 nəfəri yaralayıb.

Yaralananlardan ikisi uşaq, biri isə jurnalistdir.

Islam-Azeri.az

В этом разделе