İsrail bayram günü Qəzzanı bombaladı

Sionist işğalçı qüvvələri yenə Qəzza bölgəsini bombalayıb.

İslam-Azeri.az internet qəzetinin "Fələstin İnformasiya Mərkəzi"nə istinadən verdiyi xəbərə görə, bu səhər İsrail Hava Qüvvələrinin "F-16" qırıcıları Qəzzanın 5 bölgəsinə bombalar yağdırıb.

Qəzzanın qərb sahillərinə endirilən zərbələr nəticəsində xəsarət alan olmayıb.

Lakin Qəzzanın cənubu olan Rəfaha atılan mərmilər bazara düşüb.

"Fələstin İnformasiya Mərkəzi"nin müxbirinin açıqlamasına görə, Rəfahda da xəsarət alanlar olmayıblar.

В этом разделе