İsrail aviasiyası Qəzzaya növbəti zərbələr endirib

Verilən məlumatlara görə, İsrail hərbi hava qüvvələrinə aid bir təyyarə Qəzza bölgəsinə zərbələr endirib.

Məlumatlarda təyyarənin “Yasir Ərafat” hava limanını bombaladığı bildirilib. Hadisə ilə bağlı Fələstin İnformasiya Agentliyinin internet saytında xəbər yerləşdirilib.

Fələstinli rəsmilər İsrailə məxsus F-16 tipli təyyarənin hava limanını bombaladığını və ərazidəki bir çox binanın da dağıldığını deyiblər. Hava limanına ciddi ziyanın dəydiyi bildirilir. Hadisə zamanı ölən və yaralananlar olmayıb.

Qeyd edək ki, İsrailə məxsus təyyarə bir həftə əvvəl də bu hava limanını bombalamışdı.  

/haber5/

/AzeriMuslims/

В этом разделе