İŞİD nəzarətindəki Rəqqada həyat (Video)

İlk dəfə olaraq İŞİD nəzarətində olan bir şəhərdə çarşabın altında gizlətdiyi kamera ilə Rəqqa küçələrində dolaşan qadın tərəfindən çəkilmiş gündəlik həyat barədə görüntülər kütləvi informasiya vasitələrinə sızdırıldı. 18 ay əvvəl İŞİD-in əlinə keçən Rəqqada ciddi qanunlar tətbiq edilir. Videoda maşınla yoldan keçən bir şəxsin videonu çəkən qadına “Allah üzü bağlı qadınları sevər” deyə nəsihət etməsi diqqət çəkir.

Gözə çarpan başqa bir nöqtə isə internet kafedə oturan fransız bir qadının valideynləri ilə söhbətidir. Təmiz fransız dilində “mən bu risqi Fransaya qayıtmaq üçün etmədim” dediyi eşidilən qadın Avropadan Suriya və İraqa gedərək İŞİD-ə qoşulan avropalıların ən bariz nümunələrindəndir.

Youtube-a yüklənən video France 2 telekanalından da yayımlanıb. Verilən məlumatlara görə, 150 fransız qadın ölkələrindən Suriyaya İŞİD tərəfindən döyüşmək üçün qaçıb. Bu qadınların bəzlərinin “cıhadçı gəlin” qismində Suriyaya gəldikləri deyilir.

VİDEO:

В этом разделе